0-dan başlayanlar üçün Təchizat və Satınalma Mütəxəssisi Təlimi
online offline

Business Mnagement School (BMS) Təchizat Zəncirinin İdarə Edilməsi sahəsi üzrə 9 illik peşəkar təlimlər təşkil etmə təcrübəsi əsasında hazırlamış olduğu "Təchizat və Satınalma mütəxəssisi" təliminin 7-ci sessiyasına qeydiyyatları açıq elan edir.

 

Təlimdə nələr əldə ediləcək?

 

Təchizat sisteminin komponentlərinin və çalışma metodlarının öyrənilməsi

Təchizat sistemi komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəminin dərk edilməsi

Satınalmaların optimal təşkili və icra edilməsi

Təchizat Zəncirinin ümumi strukturu və anlayışları haqda məlumatlı olacaqsınız.

Təchizatın fərqli sahələri üzrə zəruri biliklər əldə edəcək, gələcək iş və peşə fəaliyyəti üçün lazım olacaq ilkin bilikləri əldə edəcəksiniz.

Şirkətlərdə Təchizat prosesinin axışını, Satınalma, Logistika və Anbar kimi fərqli sahələrin kommunikasiyası və birgə fəaliyyətlərinin əsasını öyrənəcək, eyni zamanda əldə edilən məlumatlarla iş prosesi zamanı tələb ediləcək əsas anlayışlara hakim olacaqsınız.

Təchizatın müxtəlif sahələri üzrə əsas sənədlər və sorğu üsulları ilə tanış olacaqsınız.

 

Təlimin Məqsədi

 

Təchizat Zəncirinin İdarə Edilməsi üzrə müxtəlif sahələrdə yeni fəaliyyətə başlayan əməkdaşlar üçün Təchizatın əsas funksiya və fəaliyyətlərinin öyrədilməsi.

 

Təlimdə kimlər iştirak edə bilər?

 

Müxtəlif sahələrdən Təchizat Zəncirinin İdarə Edilməsi sahəsinə keçən əməkdaşlar, yeni başlayanlar, bu sahəyə keçmək istəyənlər və təcrübəsi olmayanlar, eyni zamanda isə tələbələr üçün nəzərdə tutulmuşdur.

 

İmtahanda iştirak edərək sertifikat əldə edə bilmək üçün təlimin 80%-dən az davamiyyət nəticəsi göstərilməməlidir.

Təlimin sonunda imtahan təşkil edilir və imtahan əsasında sertifikatlar təqdim edilir.

75%-dən yuxarı nəticə toplayan müvəffəqiyyət əldə etmiş sayılacaqdır

 

MÖVZULAR

  1. Təchizat zəncirində ümumi anlayışlar və təchizat zəncirinin önəmi
  2. Satınalmanın təchizat zəncirində rolu və funksiyası
  3. Satınalmada iş axışı 
  4. Satınalmada 5R modeli və onun rolu
  5. Satınalma tələbləri və tələblərdə 5C modelinin istifadəsi
  6. Mövcud bazarlar və onların araşdırılması metodikaları
  7. Satınalmada swot analizi və onun tətbiqi
  8. Praktiki məşğələ
  9. Satınalma danışıqları və onların effektiv təşkili qaydaları
  10. RF(x) sorğuları və onların növləri
  11. Tender anlayışı, əhəmiyyəti və satınalma prosesində rolu
  12. Tədarükçülərlə iş və onlarla münasibətlərin idarə edilməsinin əsasları
  13. Mülkiyyətin ümumi dəyəri (TCO) və onun hesablanması
  14. Make or buy qərarının verilməsi. Outsourcing anlayışı və onun növləri.
  15. Razılaşma və müqavilə, çərçivə müqaviləsi və müqavilələrlə iş
  16. Praktiki məşğələ
  17. Çatdırılma və nəqliyyat logistikası, əsas müddəalar
  18. İncoterms və onların təcrübədə düzgün istifadəsi
  19. Daşımaların növləri və onların xüsusiyyətləri
  20. Praktiki məşğələ
  21. Anbar və ehtiyatların idarə edilməsi; əsas anlayışlar və ümumi müddəalar

Təlimin müddəti 20 saat

 

Təlimdən əldə ediləcək nəticələr:

  1. Təchizat sisteminin komponentlərinin və çalışma metodlarının öyrənilməsi
  2. Təchizat sistemi komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəminin dərk edilməsi
  3. Satınalmaların optimal təşkili və icra edilməsi

 Offline təlimin qiyməti 300 AZN.

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!

Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi  ödənilə bilər. 
 

✔ Ödənişə daxildir:

- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk

✔ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.
Təlimin sonunda ümumi yekun imtahan təşkil edirləcək. İmtahan sualları tədris olunmuş mövzuları əhatə edəcək. İmtahanda 75%- dən yuxarı nəticə toplayanlara müvəffəqiyyət sertifikatı təqdim ediləcəkdir.
Təyin olunmuş tarixdə yekun imtahanda iştirak etmək zəruridir. Əks halda təyin edilmiş tarixdə imtahanda iştirak etməyən iştirakçı növbəti sessiyanın yekun imtahanında iştirak etməli olacaqdır.

Müvəffəqiyyət sertifikatı əldə edən şəxslərin CV-ləri Təchizat, Logistika, Anbar sahələri üzrə Business Management School şirkətindən tələb olunan vakansiyalara təklif ediləcək.

Təlimin yeni sessiyası yanvar tarixində başlayacaq. Təlim həftədə 2 dəfə 3-cü və 6-cı günlər keçirilir:

3-cü gün: 19:15-21:15

6-cı gün: 10:00-14:00

Təchizat və satınalma mütəxəssisi 7
Təlimçi Dərs tarixləri Saatları
İsmayıl Baxışlı 8 yanvar  (3-cü gün) 19:15-21:15
11 yanvar (6-cı gün) 10:00-14:00
15 yanvar (3-cü gün) 19:15-21:15
18 yanvar (6-cı gün) 10:00-14:00
22 yanvar (3-cü gün) 19:15-21:15
25 yanvar (6-cı gün) 10:00-14:00
29 yanvar (3-cü gün) 19:15-21:15

 

 

Müraciət et

Популярные курсы