ISO 22000:2018
online offline

"Business Management School" MMC olaraq daha bir sahədə mütəxəssis yetişdirmə təliminə start veririk: "ISO 22000:2018 Təlimi"nə qeydiyyatlar başladı!

 

Təlimin məqsədi:

ISO 22000:2018 standarta uyğun olaraq qida təhlükəsizliyi idarəetmə sisteminin tələblərinin öyrənilməsi, standartının yeni versiyası üzrə biliklərin əldə edilməsi. Qida təhlükəsizliyi idarəetmə sisteminin tələblərinin ətraflı öyrənilməsi, həmçinin standartın tələblərinin həyata keçirilməsi üçün optimal üsulların axtarışı və müəssisədə qida tədarükü zəncirindəki olan təhlükələrin müəyyən edilməsi.

 

Təlimdə kimlər iştirak edə bilər?

• Qida təhlükəsizliyi üzrə idarəçilik sisteminin tətbiqinə və təkmilləşdirilməsinə məsul olan menecerlər və ya mütəxəssislər (qida təhlükəsizliyi qrupunun/HACCP qrupunun üzvləri);

• Müəssisədə qida təhlükəsizliyinə cavabdeh olan işçilər;

• Qida məhsulların istehsal proseslərində və istehsalat mərhələsində qida təhlükəsizliyinə cavabdeh olan işçilər və ya nəzarətçilər;

• Keyfiyyətə nəzarət şöbələrinin işçiləri;

• Daxili auditorlar.

 

Qida təhlükəsizliyi ilə bağlı problemlər:

•Qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini tənzimləyən beynəlxalq tələblərin və qanunun nəzərdən keçirilməsi;

•Qida təhlükəsizliyinin əsas problemləri;

•Qida təhlükəsizliyi idarəetmə sisteminin işlənib hazırlanması mərhələləri;

•Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tətbiqinin problemləri.

 

ISO 22000:2018 standartının strukturu:

•Yeni terminologiya;

•Standartın yeni HLS strukturu;

•Qida təhlükəsizliyinin idarə edilməsi üçün proses yanaşması.

 

ISO 22000:2018 standartının tələblərinin məzmunu:

Təşkilatın konteksti:

•Təşkilat və onun kontekstinin başa düşülməsi;

•Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi

•Qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi;

•Qida təhlükəsizliyi idarəetmə sistemi.

 

ISO 22000:2018 standartının tələblərinin məzmunu:

Liderlik:

•Liderlik və öhdəlik

Siyasət:

•Qida təhlükəsizliyi üzrə siyasətin işlənilməsi;

•Qida təhlükəsizliyi üzrə siyasətin bəyan edilməsi.

Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər. Planlaşdırma.

Risk və imkanlara yönəlik fəaliyyətlər.

Qida təhlükəsizliyi idarəetmə sisteminin məqsədləri və onlara nail olmanın planlaşdırılması.

 

Dəyişikliklərin planlaşdırılması. ISO 22000:2018 standartının tələblərinin məzmunu:

Dəstəkləmə:

•Resurslar;

• İnsanlar;

• İnfrastruktur;

• İş mühiti;

•Qida təhlükəsizliyi idarəetmə sisteminin kənarda işlənilmiş elementləri;

•Kənardan tədarük edilən proses, məhsul və ya xidmətlərə nəzarət.

Səriştəlilik.

Məlumatlı olma.

Əlaqə:

•Xarici əlaqə;

•Daxili əlaqə.

Sənədləşdirilmiş informasiya:

•Yaratma və yeniləmə;

•Sənədləşdirilmiş informasiyanın idarə edilməsi.

 

ISO 22000:2018 standartının tələblərinin məzmunu:

Fəaliyyət:

Fəaliyyətin planlaşdırılması və idarə edilməsi.

İlkin şərtlər proqramları.

İzlənə bilmə sistemi.

 

ISO 22000:2018 standartının strukturu:

Fövqəladə hallara hazırlıq və cavab tədbirləri;

•Fövqəladə hal və hadisələrin idarə edilməsi.

Təhlükənin idarə edilməsi.

İŞP-ları və təhlükəyə nəzarət planını müəyyən edən informasiyanın yenilənməsi.

 

ISO 22000:2018 standartının tələblərinin məzmunu:

Monitorinq və ölçmənin idarə edilməsi.

İŞP-lar və təhlükəyə nəzarət planı ilə bağlı verifikasiya: •Verifikasiya;

•Verifikasiya fəaliyyətlərinin nəticələrinin təhlili.

Məhsul və proseslə bağlı uyğunsuzluqların idarə edilməsi. Düzəltmələr:

•Düzəldici fəaliyyətlər;

•Potensial təhlükəli məhsullarla rəftar;

•Geri çəkmə (Geri çağırma).

 

ISO 22000:2018 standartının tələblərinin məzmunu: Performansın qiymətləndirilməsi:

Monitorinq, ölçmə, təhlil və qiymətləndirmə:

•Təhlil və qiymətləndirmə.

Daxili audit.

Rəhbərlik tərəfindən təhlil:

•Rəhbərlik tərəfindən təhlilin giriş məlumatları;

•Rəhbərlik tərəfindən təhlilin çıxış məlumatları.

Yaxşılaşdırma:

Uyğunsuzluq və düzəldici fəaliyyət

Davamlı yaxşılaşdırma.

Qida təhlükəsizliyi idarəetmə sisteminin yenilənməsi

 

Təlim yanaşması:

• Nəzəriyə və təcrübədən nümunələr;

• Praktiki iş.

Təlimin ödənişi: Təlimin ümumi ödənişi  azn təşkil edir.

Təlim iştirakçıları üçün iki kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

1.“Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
2.Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!



Ödənişi tam kart ilə faizsiz olaraq 3 aya bölməklə etmək mümkündür.

Ödənişə daxildir:

- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Çay-kofe fasiləsi


✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə  “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Təlim müddəti: 24 saatdır.

Müraciət et

Популярные курсы