ISO 31000:2018 "Risklərin İdarə Edilməsi"
online offline

Əldə ediləcək biliklər:

 

Şirkətin qarşılaşdığı risklərin idarəedilməsinə dair rəhbəredici göstərişləri, o cümlədən risklərin idarə olunması prinsiplərini, həmçinin risklərin idarə olunması proseslərinin şirkətin fəaliyyətinə inteqrasiyası, risklərin səbəb və nəticələrinin, habelə onların təbiətinin, əmələgəlmə mənbələrinin müəyyən edilməsi üzrə biliklər. 

Əldə ediləcək bacarıqlar: 

Şirkətdə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və minimuma endirilməsi yolu ilə qarşıya qoyulan strateji hədəflərə nail olunmasına, fəaliyyətin səmərəliliyi və davamlı inkişafının təmin edilməsi bacarıqlarının mənimsəməsi. 

 

Təlim auditoriyası: 

 

-Şirkətin risklərinin qiymətləndirilməsinə cavabdeh olan mütəxəssislər; 

-Keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə menecerlər və ya rəhbərliyin səlahiyyətli nümayəndələri və şirkətdə idarəetmə sisteminin daimi təkmilləşdirilməsi üzrə əlavə həllər axtaranlar; 

- Risklərin idarəedilməsi üzrə əlavə biliklərə sahiblənmək istəyən idarəetmə sistemləri üzrə auditorlar; 

-Biznes proseslərin sahibləri; 

-Layihə rəhbərləri və ya menecerləri.

Təlimin proqramı: 

 

-ISO 31000 standarta uyğun olaraq Risklərin İdarəedilməsi Sistemlərinə giriş 

-Risklərin idarəedilməsi ilə bağlı əsas anlayışlar və təriflər; 

-Risklərin idarəedilməsi üzrə standartları və metodologiyalar; 

-Risklərin idarəedilməsi sisteminin tətbiqi; 

-Təşkilat və onun kontekstinin anlayışı. +

-ISO 31000 standartına uyğun olaraq riskin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risk təhlili, riskin işlənməsi, rısklərin qəbul edilməsi, məlumatlandırması və monitorinqi 

-Təhlükələrin müəyyənləşdirilməsi; 

-Riskin təhlili və qiymətləndirilməsi; 

-Risklərin təsir obyektlərin müəyyənləşdirilməsi; 

-Riskin qəbulu və qalıq risklərin idarəedilməsi; 

-Risklər ilə bağlı kommunikasiyanın və məlumatlandırmanın təşkili; 

-Risklərin monitorinqi və yenidən qiymətləndirilməsi. Təlim yanaşması: 

-Nəzəriyə və təcrübədən nümunələr; 

-Praktiki iş. 

Təlimin 1 nəfər üçün offline ödənişi:

350 AZN

Eyni şirkətdən 2 nəfər iştirak edərsə 5 %, 3 nəfər və daha çox iştirak edərsə 10% endirim tətbiq edilir.

 

 

Müraciət et

Популярные курсы