İlham Yusifov

Beynəlxalq layihələr, proqramlar və biznes analitikası üzrə təcrübəli mütəxəssis olaraq, eyni zamanda PMP, PMI-ACP, Google-un Layihələrin İdarəedilməsi, Salesforce Adminstratoru və Biznes Analitikası kimi müxtəlif beynəlxalq sertifikatlar və kvalifikasiyaların sahibi olan İlham Ali Yusif orta menecement, direktorlar, partnyorlar, C-Level olmaqla müxtəlif səviyyələrdə olan maraqlı tərəflərlə əlaqələrin qurulması və inkişafında təcrübə və bacarıqlara sahibdir. Biznes analitikası üzrə peşəkarlığı, layihə riskləri, məlumat əsaslı qərarların verilməsi sayəsində çoxsayli proqram və layihələri vaxtında və uğurla yekunlaşdırıb. Biznesin idarəedilməsi üzrə 15 ildən artıq təcrübəsi əsasında qazandığı yüksək bilik və bacarıqları peşəkar təlimlərdə nümayiş etdirir və təlimləri sadəcə nəzəri deyil, praktik olaraq təqdim edir.

 

 

Təhsili:

Azərbaycan Dövlət İqtisad Universiteti, Magistr – Turizm və sosial-mədəni servis (2008-2010-cu illər)

Azərbaycan Dövlət İqtisad Universiteti, Bakalavr – Turizm və sosial-mədəni servis (2004-2008-ci illər)

 

 

İş təcrübəsi:

Kapital Bank – Təşkilati öyrənmə və inkişaf şöbəsinin rəisi (Noyabr 2020 – Dekabr 2022)

British Council – Regional proqramlar üzrə koordinator (Wider Europe)  Sentyabr 2018 – Noyabr 2020

British Council – Layihə meneceri (BP və Co-ventures tərəfindən maliyyələşdirilən) Sentyabr 2016 – Sentyabr 2018

British Council – Layihə meneceri (Education UK)  May 2013-Sentyabr 2016

GRBS – Təhsil departamentinin rəhbəri – İyul 2009 – May 2013

Müraciət et

Популярные курсы