Elnur Hüseynov

Elnur Hüseynov 2009-cu ildə Böyük Britaniyanın Cardiff universitetində Biznesin təşkili ixtisası üzrə bakalavr təhsilini bitirmiş, 2019-cu ildə Edinburgh Business School universitetində İnsan Resursların İdarə edilməsi ixtisası üzrə magistr və biznesin idarə edilməsi ixtisası üzrə “Postgraduate” təhsilini başa vurmuşdur. 2017-ci ildə BANM-də Geroge Washington universitetinin “Layihələrin İdarə Edilməsi üzrə Master” proqramını, 2021-ci ildə ADA-da Duke universitetinin  “Adaptive Strategic Execution Programı”nı bitirmişdir.

Əmək fəaliyyətinə 2010-cu ildə Azərsun Holdinqdə İnsan resursları departamentində insan resursları üzrə mütəxəssis/auditor vəzifəsində başlamışdır. Sonrakı illərdə əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur:

2011-2013, SOCAR İR Departamenti İşə qəbul şöbəsində aparıcı mütəxəssis; 

2013-2014, İşə qəbul şöbəsinin rəis müavini;

2014-2015, Personalın uçotu və işçilərlə əlaqələr şöbəsinin rəisi;

2015-2020, Karyera planlama və personalla əlaqələr şöbəsinin rəisi

2020-2023, SOCAR-ın İnsan Resursları Departamentinin rəis müavini vəzifəsində çalışır. 

Hal hazırda SOCAR İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin direktoru və təlimçi kimi də fəaliyyət göstərir.
 

Müraciət et

Populyar kurslar