HR Direktor
online offline

"Business Management School" MMC 8 illik fəaliyyəti dövründə HR sahəsində 15 fərqli təlimi 300 dəfədən çox uğurla təşkil edərək keçirmişdir. Bu dərin təcrübəmiz və peşəlar təlimçilərimiz ilə təşkil etdiyimiz "HR Direktor" təliminin 2-ci sessiyasına qeydiyyatları açıq elan edirik. 

Təlim kimlər üçün nəzərdə tutulub?

- HR sahəsində mütəxəssis kimi iş təcrübəsinə sahib olub bu sahədə rəhbər vəzifələr tutmağa hazırlaşan hər kəs,
- HR sahəsi üzrə rəhbər vəzifələrdə çalışan, HR-ın strateji funksiyaları və idarəçilik üzrə bilik və təcrübələrini təkimilləşdirmək, yeni səriştəliklər qazanmaq istəyən hər kəs. 

Siz bu təlimdə iştirak etməklə nələri öyrənəcək və hansı bacarıqlara yiyələnəcəksiniz:

- HR-ın starteji funksiyalarını və HR strategiyalarını,
- HR olaraq çalışdığınız şirkət üçün necə biznes partnoyara çevrilə biləcəyinizi və bununla bağlı bilik və bacarıqları
- HR idarəçiliyinin hüquq və əmək qanunvericiliyi üzrə necə tənzimlənməsini
- Rəhbər olaraq komandanızı effektiv idarəetmə və liderlik bacarıqları
- Rəhbər və işçi heyəti ilə effektiv kommunikasiya bacarıqlarını
 

Təlimdə tədris ediləcək modullar, müddətləri və təlimçiləri:

Modul 1: Strateji HR
Müddəti: 8 saat
Təlimçi: Rəşad Məhərrəmov

Modul 2: HR Biznes Tərəfdaş
Müddəti: 6 saat
Təlimçi: Rəşad Məhərrəmov

Modul 3: HR İdarəçiliyinin hüquq və əmək qanunvericiliyi üzrə tənzimlənməsi
Müddəti: 6 saat
Təlimçi: Müşfiq Əmircanov

Modul 4: Liderlik və Komanda İdarəçiliyi
Müddəti: 8 saat
Təlimçi: Şamo Mürşüdov

Rəşad Məhərrəmov Dövlət Təşkilatı, İdarə Heyəti Sədrinin Müavini
Müşfiq Əmircanov "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi", İnsan Resurslarının idarə edilməsi və inkişafı departamentinin direktoru
Şamo Mürşüdov Dövlət Qurumu, İnsan Resursları rəhbəri

Təlim ödənişi: 28 saatlıq offline təlimin  ödənişi 600 AZN olaraq təyin edilmişdir.

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (elektron)
- Nəticə imtahan və iştirak barədə sertifikat
- Çay - kofe fasiləsi

Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduğu təqdirdə 5%, 3 və daha artıq iştirakçı qoşulduqda isə 10% endirim tətbiq olunur.

Sertifikat: Sonda 2 sertifikat verilir.
1. Təlimin ümumi müddətinin 80%-də iştirak edən hər kəs iştirakçı sertifikatı ilə təltif olunacaqdır.
2. Təlimi sonunda imtahan təşkil ediləcək. Yekun imtahan nəticəsi 70%+ olan şəxslər müvəffəqiyyət sertifikatı ilə təltif ediləcəklər.

Müraciət et

Populyar kurslar