Vaxtın və Tapşırıqların Səmərəli İdarə Edilməsi
online offline

BMS for Juniors "Business Management School" MMC-nin 12-17 yaş aralığında olan yeniyetmələr üçün biznes təfəkkürü formalaşdıracaq, yumşaq bacarıqlar qazandıracaq, iqtisadiyyat və idarəetmənin əsaslarını öyrədəcək peşəkar təlimlərin təşkili üçün yaradılmış layihəsidir. 

BMS for Juniors layihəsi çərçivəsində təşkil etdiyimiz "Vaxtın və Tapşırıqların Səmərəli İdarə Edilməsi" təliminə qeydiyyatlar başladı.
 

  • Təlimin dili: Azərbaycan dili
     
  • Təlimin müddəti: 8 saat
     
  • Təlimçi: Leyla Cəfərli 
    Kapital Bank | İşçi bağlılğı və Motivasiya şöbəsinin rəhbəri. Yumşaq bacarıqlar üzrə ekspert, təlimçi
     
  • Təlim metodikası: Praktiki, çalışmalarla zəngin, interaktiv, oyunlaşdırılmış
     
  • Təlim kimlər üçündür?
    12-17 yaş aralığında olan yeniyetmələr üçün hazırlanmışdır.
     
  • Təlim iştirakçılara nə qazandıracaq?
    - Vaxt məfhumunu və əhəmiyyətini dərindən mənimsəyərək öyrənəcəklər
    - Vaxtlarını düzgün planlama bacarığına yiyələnəcəklər
    - Tapşırıqları prioritetləşdirmə metodları öyrənəcəklər
    - Vaxtlarını səmərəli idarə edəcək, iş və tapşırıqları zamanında yerinə yetirərək məqsədlərinə daha sürətli nail olacaqlar. 

1. Vaxtın idarə edilməsi və onun önəmliliyi
2. Vaxt oğrularınin diaqnostikası və işlək mübarizə texnikaları
3. Planlama texnikaları və proqramları ilə tanışlıq
4. Emosional Zəka və Vaxtın tənzimlənməsi
5. Tapşırıqların effektiv icrası mexanizmləri
6. Effektiv iş əmsalının ölçülməsi

Leyla Cəfərli "Paşa Sığorta", Təlim və inkişaf şöbəsinin rəhbəri
  • Təlimin ödənişi 130 AZN olaraq təyin edilmişdir.

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
 

  • Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:

1. “Business Management School” MMC-nin məzunlarının övlad və ya birinci dərəcəli ailə üzvləri üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Bir ailədən 2 və daha çox ailə üzvü təlimə qoşularsa, hər birinə 10% endirim tətbiq ediləcəkdir.

Ödənişə daxildir:
- Praktiki çalışmalar, oyunlar
- Təlim materialları (Elektron)
- İştirak barədə sertifikat
- Çay - kofe fasiləsi

 

Təlim 11 yanvar 2025-ci il tarixində başlayacaq:

11 yanvar (Şənbə günü), saat 10:00 - 12:00
18 yanvar (Şənbə günü), saat 10:00 - 12:00
25 yanvar (Şənbə günü), saat 10:00 - 12:00
01 fevral (Şənbə günü), saat 10:00 - 12:00

Müraciət et

Populyar kurslar