"Business Management School" HR sahəsindəki 9 illik təlim təşkilatçılığı təcrübəsinə əsaslanaraq "Əmək haqqı hesablaması" təliminin 43-ci sessiyasına qeydiyyatları açıq elan edir.
Əməkhaqqı ilə bağlı ümumi anlayışlar və hesablamalar
1. İnsan Resuslarının idarə edilməsində əməkhaqqı hesablanmasının rolu;
2. Qanunvericiliyə əsasən əməkhaqqı hesablanması anlayışı;
3. Minimum əməkhaqqı anlayışı və Əmək pensiyalarının minimum məbləğinin əməkhaqqı hesablamada rolu;
4. Əməyin ödənilməsi sistemləri və növləri:
a. İşəmuzd əməkhaqqı;
b. Vaxtamuzd əməkhaqqı.
5. Hesablanmış əmək haqqı (Gross) və Xalis əmək haqqı (Net) anlayışları:
a. Dövlət və neft-qaz sektoru üzrə əməkhaqqı hesablanması;
b. Qeyri neft-qaz və özəl sektor üzrə əməkhaqqı hesablanması.
Əməkhaqqına əlavələr
1. Əmək haqqına əlavələrin növləri;
2. Əmək şəraiti ilə əlaqədar əlavələr:
a. Ağır və zərərli iş;
b. Xüsusilə ağır və zərərli iş.
3. İş rejimi ilə əlaqədar əlavələr:
a. İş vaxtIndan artıq iş;
b. Qeyri-iş günü iş.
4. Başqa işçinin əmək funksiyasının icrasına görə əlavələr:
a. Müvəqqəti əvəzetmə;
b. Boş vəzifənin icrası.
5. Gecə vaxtı görülən işə görə əlavələrin hesablanması:
a. Gecə vaxtı iş anlayışı;
b. Növbəli iş qrafiki;
c. Çoxnövbəli iş qrafiki.
Cəmlənmiş uçot
1. Cəmlənmiş uçotun mahiyyəti və tətbiqi sahələri;
2. Cəmlənmiş uçotun növləri;
3. Cəmlənmiş uçotun hesablanma qaydaları;
4. Növbəli qrafiklə cəmlənmiş uçotun birgə tətbiqi.
Vergi tutulmaları (Muzdlu işdən əldə edilən gəlirlər üzrə)
1. Gəlir vergisi:
a. Gəlir vergisi anlayışı və onun növləri;
b. Gəlir vergisinin hesablanması;
c. Fiziki şəxsin gəlir vergisindən azadolmalar;
ç. Məzuniyyət kompensasiyası zamanı gəlir vergisinin və digər vergilərin hesablanması.
2. Məcburi dövlət sosial sığorta haqqı:
a. Məcburi dövlət sosial sığorta haqqının hesablanması;
b. Məcburi dövlət sosial sığorta haqqının hesablanmasından güzəştlər;
3. İcbari tibbi sığorta:
a. İcbari tibbi sığortanın hesablanması.
4. İşsizlik sığortası;
5. İşsizlik sığortasının hesablanması;
6. Bütün növ ödəmələr üzrə vergilərin tutulması qaydaları.
Əmək məzuniyyəti
1. Məzuniyyətin növləri;
2. Əmək məzuniyyətinin hesablanması qaydaları;
3. Əmək məzuniyyətinin hesablanmasına dair istisna hallar;
4. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan və alınmayan əmək haqqı növləri;
6. Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması:
a. Əmsallaşdırmanın mahiyyəti;
b. Kütləvi artımın mahiyyəti;
c. Əmsallaşdırmanın tətbiqi ilə bağlı məsələlər.
7. İşləyən işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması;
8. Son haqq-hesab zamanı istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması və son haqq-hesabla bağlı digər məsələlər;
9. Əmək məzuniyyətindən geri çağrılma ilə bağlı məzuniyyət hesablama qaydaları;
10. Əmək məzuniyyətində olan işçinin əmək qabiliyyətini itirdiyi zamanı tətbiq olunan hesablamalar;
11. Artıq istifadə edilmiş məzuniyyət pulunun tutulması qaydaları;
Orta əməkhaqqı və orta aylıq əməkhaqqı
1. Orta əməkhaqqı və orta aylıq əməkhaqqı anlayışları;
2. Orta əmək haqqının hesablanması, hesablamada istisna hallar;
3. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər;
4. Təhsil və yaradıcılıq məzuniyyətlərinin hesablanması;
5. Orta əmək haqqı saxlanılan hallar;
6. Müəssisənin ləğvi və ixtisarla əlaqədar müavinətin hesablanması
Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması
1. Sosial sığorta hadisəsi və buna görə ödəmələr;
2. Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin verilmədiyi hallar;
3. Müavinətin hesablanması qaydaları:
a. İşçi 12 aydan az işlədikdə hesablanma qaydası;
b. Xəstəlik 14 gündən artıq dövrü əhatə etdikdə hesablamada nəzərə alınmalı nüanslar;
c. İşçi əsas və əlavə iş yerlərində işlədikdə müavinətin hesablanma qaydası;
ç. İşçinin son 12 ayında qazancı olmadıqda hesablanmanın aparılma qaydası;
d. “Müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz” ifadəsinə əsasən müavinətin hesablaması;
e. “Faktiki qazanc 2 aylıq vəzifə maaşının məbləğindən artıq ola bilməz” ifadəsinə əsasən müavinətin hesablaması;
f. Müavinat hesablayarkən mükafat və əlavələrin hesablanması qaydaları.
4. Qazanc və nəzərə alınmayan iş günləri;
5. İşçinin sosial stajına uyğun faiz nisbətlərinin təyini və burda nəzərə alınmalı olan nüanslar;
6. Yalnız işəgötürən tərəfindən müavinətin ödənildiyi hallar;
7. Xəstəlik vərəqi ilə bağlı diqqət ediləcək məqamlar;
8. Müavinətin hesablanması zamanı vergilərin tutulması qaydaları.
9. Əmək qabiliyyətinin itirilməsinə görə bülletenin E-gov portalına daxil edilməsinin izahı
Digər sosial müavinətlərin hesablanması
1. Hamiləliyə və doğuşa görə məzuniyyət zamanı verilən müavinət:
a. Müavinətin hesablanması ilə bağlı məsələlər;
b. Hamiləliyə və doğuşa görə müavinətin hesablanması ilə əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması arasındakı fərqlər;
2. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət:
a. Müavinətin hesablanması, təyin edilməsi və verilməsi ilə bağlı digər məsələlər.
3. Uşağın anadan olmasına görə birdəfəlik müavinət və onun ödənilməsi;
4. Dəfn üçün müavinət və onun ödənilməsi.
5. Digər sosial müavinətlərin E-gov portalına daxil edilməsinin izahı
Ezamiyyə
1. Ezamiyyə haqqında qanunvericilik aktları barədə ümumi məlumat;
2. Ezamiyyə ilə bağlı şərtlər;
3. Ezamiyyə xərclərinin tərkibi;
4. Ezamiyyə müddətləri;
5. Ezamiyyə xərcinin hesablanması:
a. Respublika daxili ezamiyyənin hesablanması;
b. Respublika xarici ezamiyyənin hesablanması.
6. Daimi iş vaxtı yolda keçən işcilərə ödəmələr.
Əməkhaqqından tutulmalar
1. Tutulmanın növləri;
2. Əmək haqqından tutulmalara yol verilən hallar;
3. Tam maddi məsuliyyət halları;
4. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması;
5. Aliment və alimentin tutulmadığı məbləğlər;
6. İcra sənədləri üzrə tutulmalar və icra sənədlərinin tutulmadığı məbləğlər.
Əməkhaqqı hesablamasının avtomatlaşdırılması (Microsoft Excel üzərinidə)
1. Əməkhaqqı hesalanma cədvəlinin hazırlanması;
2. Əməkhaqqı ilə bağlı funksiya və formulalarının izahı;
3. Yekun cədvəldə əməkhaqqının hesablanması.
Əmək haqqı ilə bağlı məcburi dövlət hesabatlılığının işlənməsi
1. Statistik hesabatların verilməsi
a. 4 əmək hesabatı
b. 1 əmək hesabatı
2. Vahid Muzdlu Bəyamnamənin hazırlanması üçün lazım olan məlumatların toplanması və online vergi portalında işlənməsi.
a. gəlir vergisinə cəlb edilən gəlirlərin hesabatlılığı
b. məcburi social sığorta haqqına cəlb edilən gəlirlərin hesabatlılığı
c. işsizlikdən sığorta haqqına cəlb edilən gəlirlərin hesabatlılığı d. icbari tibbi sığorta haqqına cəlb edilən gəlirlərin hesabatlılığı
Qeyd 1: Hər keçirilən mövzuya uyğun olaraq praktiki çalışmalar iştirakçılar tərəfindən həll edilir.
Qeyd 2: İştirakçılar keçirilən mövzu ilə bağlı bütün materiallarla təmin edilir.
Təlim ödənişi: 18 saatlıq ofline təlimin ödənişi 250 AZN olaraq təyin edilmişdir.
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
- 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
- 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi ödənilə bilər.
✔ Ödənişə daxildir:
- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
Payroll 43 | ||
Təlimçi | Dərs tarixləri | Saatları |
Anar Sənani | 2 dekabr (1-ci gün) | 19:00-21:00 |
4 dekabr (3-cü gün) | 19:00-21:00 | |
9 dekabr (1-ci gün) | 19:00-21:00 | |
11 dekabr (3-cü gün) | 19:00-21:00 | |
16 dekabr (1-ci gün) | 19:00-21:00 | |
18 dekabr (3-cü gün) | 19:00-21:00 | |
25 dekabr(3-cü gün) | 19:00-21:00 | |
6 yanvar (1-ci gün) | 19:00-21:00 | |
8 yanvar (3-ci gün) | 19:00-21:00 |