Müqavilələrin İdarə Edilməsi
online offline

Təlim Nəyi öyrədir: 

 

Bu təlim malların, işlərin və xidmətlərin satınalınması zamanı bağlanmış müqavilələrin öyrənilməsi, texniki və maliyyə risklərin idarəedilməsi funksiyalarının planlaşdırılması və həyata keçirilməsi, müqavilələrin uğurla tamamlanması üzrə təcrübənin bölüşdürülməsinə xidmət edir.  Təlim mallar, əqli və qeyri məsləhət ximətləri və işlər üzrə imzalanmış müxtəlif növ müqavilələrdə "məqsəd", "keyfiyyət", "vaxt", "effektivlik", “səmərəlilik”, “ədalət” və s. mühim prinsiplər birgə nəzərə alınmaqla düzgün müqavilə planlaması həyata keçirmə haqda bilikləri aşılayır. Pul və dəyər, planlama və nailiyyət, davamlı nəticələr əldə etmək üçün ən yaxşı yerli və beynəlxalq təcrübəyə uyğun müqavilə idarəçiliyində istifadə olunan təcrübə və biliklər müzakirə edlir. 

 

Təlim İştirakçıları:

Dövlət və ya özəl, beynəlxalq və ya yerli layihə/planlama sektorlarında çalışan satınalma, müqavilə idarəçiliyi ilə birbaşa və bilavasitə məşğul olan məsul şəxslər -texniki mütəxəssislər,

Dövlət satınalmaları üzrə peşəkar mütəxəssis Rüstəm Kərimov və beynəlxalq müqavilələrin idarə edilməsi üzrə peşəkar mütəxəssis Günel Səfərəliyeva bu sahə ilə bağlı aktual sualları cavablandırmışdır: https://youtu.be/tpW5L1Bd-pM

Təlimin proqramı:

Giriş – Müqavilələrin növü, Satınlmalar zamanı müqavilələrin hazırlanması, satınalmadan müqavilə idarəçiliyinə keçid

  • Auditoriya ilə tanışlıq, auditoriyanın bilik səviyyəsinin qiymətləndirilməsi, auditoriyanın bu təlimdən əldə etmək istədikləri biliklər
  • Ümumi təlim konseptinə giriş, satınalmalar zamanı müqavilələrin planlaması, müqavilələrin növləri, maliyyə idarəçiliyi
  • Satınalmadan müqaviləyə keçən yol,
  • Sual-cavab, biliklərin bərkidilməsi

Müqavilə Tərəfləri, risklərin idarə edilməsi

  • Auditoriya ilə mövzu ətrafında müzakirə
  • Müxtəlif növ müqavilələrdə müqavilə tərəfləri
  • Müxtəlif növ Müqavilələrdə risklərin idarə edilməsi
  • Sual-cavab, biliklərin bərkidilməsi

Malların satın alınmasında müqavilələrin idarə edilməsi

  • Auditoriya ilə mövzu ətrafında müzakirə
  • Malların satınalınması diqqət edilməli məqamlar (texniki, maliyyə və s)
  • Malların satınalınması zamanı risklərin dəyərləndirmləsi və onların idarə edilməsi
  • Malların satın alınması zamanı beynəlxalq təcrübəyə istinadlar, monitoring və qiymətləndirmə
  • Sual-cavab, biliklərin bərkidilməsi

İşlərin/qeyri-əqli xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi

  • Auditoriya ilə mövzu ətrafında müzakirə
  • İşlərin satınalınmasının planlanması, müvafiq sənədlər, diqqət edilməli məqamlar
  • İşlər və qeyri-əqli xidmətlərin satın alınması -dünya təcrübəsi (FİDİC müqavilələr, Tikintiyə nəzarət Məsləhət qrupu, Müəllif nəzarəti və s) və Azərbaycan praktikası
  • İşlər və qeyri-əqli xidmətlərin satın alınması zamanı risklərin dəyərləndirmləsi (texniki, maliyyə və s) və onların idarə edilməsi
  • Satınalmadan müqaviləyə keçid
  • Müqavilə növləri, Müqavilə tərəfləri, müqavilə icrası və icrayə nəzarət mexanizmi
  • İşlərin təhvili mərhələləri, monitoring və qiymətləndirmə
  • Sual-cavab, biliklərin bərkidilməsi

Məsləhət xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi

  • Auditoriya ilə mövzu ətrafında müzakirə
  • Məsləhət xidmətlərinin satınalınmasının planlanması, müvafiq sənədlər, diqqət edilməli məqamlar
  • Əqli xidmətlərin satın alınması -dünya təcrübəsi (Müxtəlif növ müqavilələr, İşə müzd və xavta müzd Müqavilə növləri, Tikintiyə nəzarət Məsləhət qrupu, Müəllif nəzarəti və s) və Azərbaycan praktikası ilə qarşılaşdırma
  • Əqli xidmətlərin satın alınması zamanı risklərin dəyərləndirmləsi (texniki, maliyyə və s) və onların idarə edilməsi
  • Satınalmadan müqaviləyə keçid
  • Müqavilə növləri, Müqavilə tərəfləri, müqavilə icrası və icrayə nəzarət mexanizmi
  • Xidmətlərin təhvili mərhələləri, monitoring və qiymətləndirmə
  • Sual-cavab, biliklərin bərkidilməsi

İnformasiya texnologiyaları sahəsində (işlər, mallar, xidmətlər) müqavilələrin idarə edilməsi

  • Auditoriya ilə mövzu ətrafında müzakirə
  • İT satınalması spesifikliyi, Satınalınmaların planlanması, müvafiq sənədlər, diqqət edilməli məqamlar
  • İT satınalmasında dünya təcrübəsi və Azərbaycan praktikası ilə qarşılaşdırma
  • İT sahəsində, mallar, işlər və xidmətlərin satın alınması zamanı Müqavilə tərəfləri, risklərin dəyərləndirmləsi və onların idarə edilməsi
  • Müqavilə icrası və icrayə nəzarət mexanizmi
  • Xidmətlərin təhvili mərhələləri, monitoring və qiymətləndirmə
  • Sual-cavab, biliklərin bərkidilməsi

Təcrübə bölgüsü, real nümunələr üzərində auditoriya ilə iş

  • Auditoriya ilə iş, real təcrübə bölüşdürülməsi, fərdi və qrup şəklində tapşırıqların həlli, sual cavab

Offline təlimin qiyməti: 370 AZN

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

* Ödənişə daxildir:

  • İştirak barədə sertifikat
  • Elektron təlim materialları

* Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

Təlim 1 ay müddətində 16 saat ərzində tədris olunur.

Sadəcə 6-cı günlər 10:00-dan 14:00-a qədər.

Müraciət et

Populyar kurslar