“Business Management School” MMC öz fəailiyyətinə 2015-ci ildən başlamışdır. Azərbaycanda biznes mühitinin sürətli şəkildə inkişafı müxtəlif biznes sahələrində bacarıqlı kadrlara ehtiyac yaratmışdır. Xüsusən də, qlobal şirkətlərlə əməkdaşlıq və qloballaşma nəticəsində baş verən iqtisadi proseslərin bir başa Azərbaycan iqtisadiyyatına təsiri bu yöndəki təlimlərin təşkilini zəruriləşdirmişdir. Bu səbəblədir ki, fəaliyyətimizin əsas istiqaməti Azərbaycan hüdudlarında biznesin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkil olunması və peşəkar kadrların hazırlanmasında rol oynamaqdır. ABŞ və Avropa ölkələrində son illərdəki iqtisadi artım və bu artıma səbəb olan texnoloji innovasiyalar, bu ölkədəki professional elm mərkəzlərinin mövcudluğunun nəticəsidir. Bizim məqsədimiz də belə bir mərkəzə çevrilə bilmək, həm xarici peşəkarları, həm də son illər xaricdə təhsil alıb öz biliklərini nüfuzlu şirkətlərdə təcrübəyə çevirən gənc yerli kadrlarımızı təlimçi qismində əməkdaşlığa cəlb edərək bilik və təcrübələrini böyük kütlələrlə paylaşmaqlarına imkan yaratmaqdır. Beləliklə Azərbaycanda biznes əməliyyatlarının idarə olunması üzrə kadr çatışmamazlığının aradan qaldırılmasına önemli tövhə vermək imkanımız olacaq. Missiyamız, adımızdan da bəlli olduğu kimi, biznes menecmenti sahəsində bir bilik mərkəzinə, biznes üzrə idarəetmə məktəbinə çevrilmək, davamlı inkişafa yönəlmiş insanların təcrübə, bilik tələbatlarını peşəkarlıqla qarşılaya bilməkdir. Vizyonumuz Azərbaycanda ən çox seçilib etibar görən təlim mərkəzinə çevrilməklə yanaşı, regionda da bu sahədə faydalı tərəfdaş kimi etibar qazanaraq fəaliyyət istiqamətlərini digər ölkələrə də yaya bilməkdir.

poster

Təşkilati dəstək olduğumuz form sayı

12

Təşkil edilmiş forum sayı

8

Məzun sayı

8000

Korperativ təlim sayı

65

Keçirilmiş təlim sayı

750

Niyə Biz?

  • BMS ölkəmizdə Biznes idarəçiliyinin müxtəlif istiqamətləri üzrə  ən çox təlim çeşidi olan təlim mərkəzidir.
  • BMS-in ən önəmli xüsusiyyəti, təlimçi qismində öz sahələri üzrə ölkəmizin ən peşəkar mütəxəssislərini əməkdaşlığa cəlb etməkdir.
  • Təlim konseptlərini hazırlayarkən real keyslər üzərindən mövzuların zənginliyini və təlimlərin tədrisi zamanı metodikanın praktikliyini təmin etmək hər zaman bizim üçün əsas prioritetlərdən olmuşdur. 
  • Effektli və faydalı təlimlərin təşkili ilə yanaşı təlim iştirakçılarımıza və məzunlarımıza istər iş prosesi zamanı yaranan çətinliklərində, istərsə də karyera yollarında hər zaman dəstək olmağı əsas vəzifələrimizdən bilmişik.
  • İndiyə qədər 60-dan çox fərqli adda 800-dən çox təlim sessiyaları təşkil etməyimiz bizə çox zəngin təcrübə və yüksək peşəkarlıq qazandırmışdır. 
  • 1000-ə yaxın şirkət korporativ müqavilə əsasında əməkdaşlarının açıq qrup təlimlərimizdə iştirakını təmin etməklə yanaşı 80-dən çox şirkətin əməkdaşları üçün korporativ təlimlər təşkil etmişik.
  • Ölkəmizin ən önəmli dövlət qurumlarından Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dəmir Yolları İdarəsi, Bakı Metropoliteni və s. kimi qurumlarla korporativ əməkdaşlıqlarla yanaşı özəl sektorun da öncül şirkətlərindən Kapital bank, Azərsun, Paşa bank, Veysəloğlu, Paşa Sığorta, Xalq bank, MKT İstehsalat Kommersiya, Facility Management Group, Azərbaycan Beynəlxalq Bankı və s. ilə baş tutan korporativ əməkdaşlıqlar BMS-in bir təlim mərkəzi olaraq qazanmış olduğu etimad və reputasiyanın nə qədər yüksək olduğunun göstəricilərindəndir.
  • Məhz bu nüfus sayəsində bu gün ölkəmizin əmək bazarında BMS təlim sertifikatı şirkətlər və işə götürənlər nəzdində yüksək etibarlılığa sahibdir.
  • Siz də BMS təlimlərində iştirak edərək rəqabət üstünlüyü qazana və sürətli karyera yüksəlişinə nail ola bilərsiniz.

124 Lorem 1
496 Lorem 2
317 Lorem 3
poster
MÜŞTƏRİLƏRİMİZ
PARTNYORLARIMIZ

Müraciət et

Populyar kurslar