"Business Management School" MMC olaraq ölkəmizdə biznes mühitinin və peşəkar idarəçilərin inkişafı məqsədi ilə təşkil etidyimiz "Rəhbərlərin İnkişafı Proqramı" layihəsi çərçivəsində "Rəhbərlər üçün Biznes İdarəçiliyi" təliminə qeydiyyatları açıq elan edirik.
Təlim kimlər üçün nəzərdə tutulmuşdur:
- Sahibkarlar;
- Direktor və İcraçı direktorlar;
- Departament və Şöbə rəhbərləri;
- Rəhbər vəzifələr üçün hazırlaşan mütəxəssislər
Təlimdə tədris ediləcək əsas mövzu başlıqları:
- İdarəetmənin əsasları və liderlik
- Komandanın qurulması , kouçinq
- Planlama və Təşkilatçılıq
- İşlərin ötürülməsi və Geri məlumatlandırma
- Kommunikasiya
- Performasın idarə olunması
- Motivasiya
- Konfiliktlərin idarə edilməsi
- Özünü təhlil və inkişaf planı
Modul 1: İdarəetmənin əsasları və liderlik
-
Sizin rolunuz; - Menecmentin funksiyaları;
- Liderlik və Menecerlik arasındakı fərq və hər biri üçün etməli olduqlarınız;
- Lider kimi dəyərlərimizin müəyyənləşdirilməsi və tətbiqi;
- Menecerlik tərzləri – onlardan istifadə və mümkün təsirləri və nəticələr
- Şəxsi menecerlik tərzinin müəyyən olunması və onun inkişaf etdirilməsi
- Komanda daxilində etibarın formalaşdırılması
- Menecerlik və liderlik fəaliyyətinizə zərbə vuran əsas məqamlar
Modul 2: Komandanın qurulması , kouçinq -
Komandaların xüsusiyyətləri - Komandanın rolunun müəyyən olunması ( Belbin), menecerlərin üçün praktiki tədbirlər
- Sinerji və ondan istifadə;
- Böyük komandanın tərkib hissəsi olmaq;
- İş mühitinə uyğun kouçinq bacarıqları;
- Öyrənmə öyrətmə metodları və hər bir fərd üçün müfaviq metodun seçilməsi
- GROW kouçinq modeli
Modul 3: Planlama və Təşkilatçılıq -
İşlərin prioritetlərə görə görülməsi. Təcili və önəmli işlər; - Planlama zamanı nəzərə alınan amillər;
- Vaxt aparan işlərin analizi və onların idarə edilməsi;
- Nəzarət metdoları
Modul 4: İşlərin ötürülməsi və Geri məlumatlandırma -
İşlərin ötürülməsinin növləri - İş ötürülməsinin metod və strategiyaları
- Öz iş yükünüzü analiz etməklə hansı işinizi ötürməli olduğunuzu müəyyən edin.
- Kommunikasiyanın və performasnın inkişaf etdirilməsində geri məlumatlandırmanın önəmi
- Geri məlumatlandırmanın növləri ( visual, yazılı, sözlü, aura i lə) Geri məlumatlandırma metodlarından istifadə
- Şəxsi performansın artırılması üçün digərlərindən geri məlumatlandırmanın alınması
Modul 5: Kommunikasiya -
İşdə effektiv kommunikasiyanın əhəmiyyəti və zəif kommunikasiyanın təsirləri - Kommunikasiya i lə bağlı maneələr və onların dəf edilməsi metodları
- İş yerində effektiv Kommunikasıyanın təmin edilməsi yolları
- Qeyri şifahi kommunikasiya bədən dili və səs tonu
Modul 6: Performasın idarə olunması -
Performansın idarə edilməsi nə üçündür - SMART hədəflər və qiymətləndirmə səriştələri Performansın qiymətləndirilməsi prosesi
- Performans qiymətləndirmə görüşü
- Yüksək və aşağı performans göstərələnlərlə nə etməli
- İnkişaf planının təyin edilməsi
- İnkişaf istiqamətləri və təlim metodları
Modul 7: Motivasiya
-
İş yerində motivasiya tədbirləri - İnsanlardan daha yaxşı nəticə almaq üçün motivasiya strategiyaları və metodları
- Çətin xarakterli insanların idarəolunması və motivasiyası Fərdi motivasiya və komanda motivasiyası
- Maslounun ehtiyaclar ierarxiyası Herzberqin 2 faktor nəzəriyyəsi
Modul 8: Konfiliktlərin idarə edilməsi -
Konfliklərin növləri və onların həlli üçün xüsusi strategiyalar. - Konflikt yaradan səbəblər
- Konfliktlərin həlli zaman diqqət etməli olduqlarımız
- Empatiya
- Thomas Kilmann – Konfliktlərin müəyyən edilməsi və onların idarəedilməsi
Modul 9: Özünü təhlil və inkişaf planı -
Rəhbərlik bacarıqlarının analiz edilməsi - Şəxsi inkişaf planının hazırlanması
- Şəxsi inkişaf planının icrası metodikası
16 saat müddətində olan təlimin ödənişi 400 AZN olaraq təyin edilmişdir.
- Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Endirimlər:
- Korporativ endirimlər: Eyni şirkətdən 2 iştirakçı qoşulduqda 5%, 3 ve daha artıq iştirakçı qoşulduğu təqdirdə 10% endirim tətbiq edilir;
- BMS məzunları üçün 10% endirim tətbiq edilir.
Ödənişə daxildir:
- Çay fasiləsi
- Praktiki çalışmalar
- Təlim materialları ( Elektron )
- Sertifikat
Rəhbərlər üçün Biznes İdarəçiliyi | |||
Təlimçi | Tarix | Saat | Müddət |
Dəyanət Ağayev | 14 yanvar 2025, çərşənbə axşamı | 19:00 - 21:00 | 2 saat |
16 yanvar 2025, cümə axşamı | 19:00 - 21:00 | 2 saat | |
21 yanvar 2025, çərşənbə axşamı | 19:00 - 21:00 | 2 saat | |
23 yanvar 2025, cümə axşamı | 19:00 - 21:00 | 2 saat | |
28 yanvar 2025, çərşənbə axşamı | 19:00 - 21:00 | 2 saat | |
30 yanvar 2025, cümə axşamı | 19:00 - 21:00 | 2 saat | |
4 fevral 2025, çərşənbə axşamı | 19:00 - 21:00 | 2 saat | |
6 fevral 2025, cümə axşamı | 19:00 - 21:00 | 2 saat |