Layihələrin İdarə Edilməsi
online offline

Layihələr layihənin özündən daha geniş bir mühitdə baş verir. Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək üçün diqqətlə planlaşdırılmış və təşkil olunmuş fəaliyətdir. Bəzən layihənin müştəriləri və tərəfdaşları bir çox ölkələr və qitələr üzərində yayılmış ola bilər və bu da layihələrin eyni standarta görə idarəedilməsinin əhəmiyyətini bir daha vurğulayır. 

 

Layihələr tikinti sənayesi, memarlıq, aerokosmik , müdafiə, kompüter şəbəkələri, telekommunikasiya və bunun kimi bir çox sahələrdə icra edilir.

 

İştirakçılar bu təlimdə layihə idarəetmə metodlarını əsaslı bir şəkildə anlayacaqlar. Həmçinin, iştirakçılar bu metodları hər hansı bir təşkilatda, hər hansı bir layihənin müvəffəqiyyətini təmin etmək üçün dərhal istifadə edə biləcəklər və bütün dünyada qəbul olunmuş layihə idarəetmə üsulları barəsində praktiki təcrübə əldə edəcəklər.Bütün layihə dövrünü əhatə edən bu təlim, Layihə İdarəetmə İnstitutunun (www.pmi.org) layihənin müvəffəqiyyəti üçün kritik olan məlumatları birləşdirən Project Management Body of Knowledge Guide (PMBOK’ guide) əsasında qurulmuşdur. 

 

Bu təlimin məqsədi səmərəli bir layihə yaratmaq, idarə etmək və başa çatdırmaq üçün sizi lazımi bilik, bacarıq və üsullarla təmin etməkdir. Bu kursda iştirakçılar effektiv layihə idarəetmə təcrübələrini və həmin təcrübələrlə əlaqədar prosesləri dərindən mənimsəyəcəklər.

1-ci dərs

• Layihə idarəetməsində əsas trendlər

• Layihə menecerinin portrerti

• Layihə idarəetməsinin tarixi

• Portfel, proqram və layihələr arasındakı əlaqə

• Layihə idarəetmə ofisi

 

2-ci dərs

• Layihə təşəbbüsləri

• Layihə üçün biznes zərurətinin əsaslandırılması

• Layihə və təşkilatın strategiyası arasındakı əlaqə - Əməliyyat və layihələr

• Yeni məhsulun yaradılması prosesi

 

3-cü dərs

• Təşkilatın ətraf mühit amilləri

• Layihənin həyat dövrləri

• Project Charter – Əsas elementləri

• Praktik məşğələ

 

4-cü dərs

• Maraqlı tərəflərlə iş

• Kommunikasiyanın təşkili

 

5-ci dərs

• Project Scope

• Layihə tələblərinin yazılması (ənənəvi və Agile)

• Məhsulun yol xəritəsi

• Praktik məşğələ

 

6-cı dərs

• Work Breakdown Structure

• Network Diagram

• Layihələrdə vaxtın idarə edilməsi

• Layihədə büdcənin planlaşdırılması

 

7-ci dərs

• Layihələrdə keyfiyyətin idarə edilməsi

• Layihələrdə risklərin idarə edilməsi

• Layihələrdə öyrənilən dərslər

 

8-ci dərs

• Monitorinq və nəzarət

• Layihənin təsirinin qiymətləndirilməsi

• Qazanılmış dəyər

• Agile mühitində monitorinq və nəzarət

 

9-cu dərs

• Agile layihə idarəedilməsi

• Layihələrdə dəyişikliklərin idarə edilməsi

• Adaptivlik və uyğunlaşma

 

10-cu dərs

• Layihə idarəetməsində yeni rollar

• Komandanın idarə edilməsi

• Resursların idarə edilməsi

• Layihələrin yekunlaşdırılması

Emil İsmayılxanov "Rapid Transformation" şirkətinin Azərbaycan üzrə Partnyorunun direktoru

Təlimin oflayn ödənişi: 500 AZN 

 

Təlim ödənişini tam kart vasitəsilə 2 aya faizsiz bölərək ödəyə bilərsiniz.

 

Təlim ödənişini 2 hissəyə bölüb ödəmək mümkündür:
Təlimin ödənişinin 250 manatı qeydiyyatı rəsmiləşdirmək üçün öncədən ödənilir. Qalan ödənişin 1/2 hissəsi isə təlimin son gününə qədər ödənilməlidir.

 

Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” MMC-nin digər təlimlərindən məzun olanlar üçün 10% endirim tətbiq ediləcəkdir.

2. Korporativ müştərilər üçün: Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5%,  3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10% endirim tətbiq ediləcəkdir.

 

Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları (Elektron)
- Sonda keçiriləcək imtahan
- Çay- kofe fasiləsi
- Sertifikat

 

Sertifikat

1. Təlim müddətinin 80%-də iştirak edən hər kəs "iştirakçı sertifikatı" ilə təmin ediləcəklər.

2. Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.

 

Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.

Təlimin ümumi müddəti 30 saat olmaqla 1 ay davam edir. 15 dərsdən ibarətdir. Hər dərs 2 saat olmaqla həftədə 3 dəfə keçirilir.  Təlim 1-ci, 3-cü və 5-ci günlər olur. 19:00-dan etibarən başlayır.

Layihələrin İdarə Edilməsi
Təlimçi Dərs tarixləri Saatları
Emil İsmayılxanov 22 yanvar (3-cü gün) 19:00-21:00
24 yanvar (5-ci gün) 19:00-21:00
27 yanvar (1-ci gün) 19:00-21:00
29 yanvar (3-cü gün) 19:00-21:00
31 yanvar (5-ci gün) 19:00-21:00
3 fevral (1-ci gün) 19:00-21:00
5 fevral (3-cü gün) 19:00-21:00
7 fevral (5-ci gün) 19:00-21:00
10 fevral (1-ci gün) 19:00-21:00
12 fevral (3-cü gün) 19:00-21:00
14 fevral (5-ci gün) 19:00-21:00
17 fevral (1-ci gün) 19:00-21:00
19 fevral (3-cü gün) 19:00-21:00
21 fevral (5-ci gün) 19:00-21:00
24 fevral (1-ci gün) 19:00-21:00

Müraciət et

Populyar kurslar