Auditoriya Qarşısında Çıxış və Təsirli Nitq Təlimi
online offline

BMS for Juniors "Business Management School" MMC-nin 12-17 yaş aralığında olan yeniyetmələr üçün biznes təfəkkürü formalaşdıracaq, yumşaq bacarıqlar qazandıracaq, iqtisadiyyat və idarəetmənin əsaslarını öyrədəcək peşəkar təlimlərin təşkili üçün yaradılmış layihəsidir. 

BMS for Juniors layihəsi çərçivəsində təşkil etdiyimiz "Auditoriya Qarşısında Çıxış və Təsirli Nitq" Təlimi təliminə qeydiyyatlar başladı.

  • Təlimin dili: Azərbaycan dili
     
  • Təlimin müddəti: 16 saat
     
  • Təlimçi: Aygün Rəhimova
    ATV | Redaktor
    Azərbaycan Dillər Universiteti | Nitq Müəllimi
     
  • Təlim metodikası: Praktiki, çalışmalarla zəngin, interaktiv, oyunlaşdırılmış
     
  • Təlim kimlər üçündür?
    12-17 yaş aralığında olan yeniyetmələr üçün hazırlanmışdır.
     
  • Təlim iştirakçılara nə qazandıracaq?
    -  Çətinlik çəkmədən fikrimizi çatdırmaq, səlis nitq bacarığını;
    - Auditoriya qarşısında həyəcanı dəf edib effektiv çıxış etmə bacarığını;
    - Liderlik qabiliyyətimizi nitqimizlə əks etdirə bilməyi;
    - Bədən dili. Jestikulisiyanın imkanlarından istifadə bacarıqlarını.
     

Biz sizinlə nə öyrənəcəyik?
 

  1. Həyəcanı dəf edib, effektiv danışmağı;
  2. Nə dediyin deyil , necə dediyin önəmlidir, danışığımızı düzəldib, tonumuzu tənzimləməyi;
  3. Nəfəs məşqləri ilə doğru nəfəsi;
  4. Ləhcə nitqimizin gözəlliyidir, amma ədəbi dildə danışmaq həm də diqqətin bizə yönəlməsidir. Mətnlər üzərində işləyərək ləhcəsiz danışmağı;
  5. Qrup məşğələləri ilə Liderlik qabiliyyətimizi nitqimizlə əks etdirməyi;
  6. Bədən dili. Jestikulisiyanın imkanlarından istifadə bacarıqlarını;
  7. Kütlə qarşısında  çıxış etməyin sirrlərini;
  8. Praktiki məşğələlər ilə özgüvənlə çıxış etməyi;
  9. Çətinlik çəkmədən fikrimizi çatdırmağı
  • Təlimin ödənişi 200 AZN olaraq təyin edilmişdir.

Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
 

  • Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:

1. “Business Management School” MMC-nin məzunlarının övlad və ya birinci dərəcəli ailə üzvləri üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Bir ailədən 2 və daha çox ailə üzvü təlimə qoşularsa, hər birinə 10% endirim tətbiq ediləcəkdir.

Ödənişə daxildir:
- Praktiki çalışmalar, oyunlar
- Təlim materialları (Elektron)
- İştirak barədə sertifikat
- Çay - kofe fasiləsi

Müraciət et

Populyar kurslar