Leyla Cəfərli

Peşəkar iş həyatına 2009-cu ildə "Azercell" MMC-də başlayan Leyla Cəfərova 2014-cü ilə kimi bu şirkətdə Strateji Planlama və Müştəri Kanalları -  Müştəri Xidmətləri nümayəndəsi, Heyət sorumlusu və Daxili tədrisçi vəzifələrini icra etmişdir. 2014 - 2016-cı ilərdə isə "Azercell" MMC-nin Tədris və Məlumat Bazasının İdarə Edilməsi Mərkəzində Təlim üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. 2016-cı ildən etibarən karyerasını "Paşa Sığorta" şirkətində davam etdirməkdə olan Leyla xanım burada  Keyfiyyət və Müştəri Məmnuniyyətin İdarə Olunması / Keyfiyyət üzrə Menecer, Müştəri Məmnuniyyəti üzrə Baş Məsləhətçi vəzifələrində çalışmaqdadır. Hal hazırda " Paşa Sığorta " şirkətində HR departamentdə " Təlim inkişaf şöbəsi"  rəhbəridir.

 

Leyla Cəfərli Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini bitirmişdir. Daim özünü inkişaf etdirməkdə maraqlı olan Leyla xanım aşağıdakı təlimlərdə iştirak etmişdir:

 

Critical Thinking in Global Challenges - The University of Edinburgh

International Organizations Management - The University of Geneve

Managing the Training Function - Management Centre Europe

Feedback: Giving and receiving - Taysever&Ozkent

Training for Trainers - Ernst&Young

Project Management - Ernst&Young

QMS Lead Auditor İSO 9001:2015, - IRCA/Bureau Veritas

Müraciət et

Populyar kurslar