Xədicə Salahlı

Təlimçimiz əmək fəaliyyətinə 2004-cü ildə Dövlət Sosial Müdafiə Fondunda başlamış, 2012-ci ildən “MolBulak” BOKT-da mühasib kimi davam etdirmişdir. 2014-2017-ci illərdə “DəmirBank”ın İnsan Resursları departamentində əmək haqqı və bonusların hesablaması üzrə aparıcı vəzifələrdə, mükafatlar və motivasiya tədbirləri üzrə menecer vəzifəsində çalışmışdır. 2018-2022-ci illərdə “İnterkomp Outsourcing Azerbaijan” şirkətində, hazırda isə “Softline Consulting Azerbaijan” şirkətində Əmək haqqı və İnsan Resursları qrupunun rəhbəri vəzifəsində müxtəlif xarici və yerli şirkətlərdə əmək haqqı hesablanması modulu üzrə proqram təminatının qurulması, əmək haqqı ilə bağlı bütün proseslərin idarəedilməsini həyata keçirir. 

2017-ci ildən Əmək haqqı hesablanması üzrə təlimçi kimi fəaliyyət göstərir. 2022-ci ildə GNİ proqram təminatının İnsan Resursları və Əmək haqqı hesablanması modulunun yaradılması və təkmilləşdirilməsi layihəsində metodist kimi iştirak etmişdir.

Təhsili:
 ADPU – Ölkəşünaslıq və Beynəlxalq Turizm / magistr dərəcəsi (2006-2008)

Azərbaycan Universiteti ilə ABŞ-ın Corciya Dövlət Universitetinin (CDU) birgə MBA proqramı – Mühasibat uçotu və Audit / magistr dərəcəsi (2010 - 2012)

İştirak etdiyi təlimlər:

Negotiation techniques – School of Leadership (Turkey)

Management - School of Leadership (Turkey)

Professional Communication – İAM egitim (Turkey)

Workshop on Reward and Benefit systems - Mercer Leadership Consulting (Turkey)

Efficient Remuneration Management – Mercer Leadership Consulting (Turkey)

Crisis management expert – Moscow Business School (Rusiya)

Leadership – Moscow Business School (Rusiya)

Çirkli Pulların yuyulması ilə mübarizə tədbirləri – Bank Təlim Mərkəzi

Milli Mühasibat uçotu - Anglo-American Business Services

Müraciət et

Populyar kurslar