Anar Sənani

Anar Sənani 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, “Dünya İqtisadiyyatı” ixtisası üzrə təhsil almışdır. 2017-2018-ci illərdə  “Azərbaycan Dəmir Yolları” QSC-də İnsan resursları üzrə komanda rəhbəri vəzifəsində çalışmışdır.
 

O, iş fəaliyyətini “AVT Logistics” MMC-də 2018-ci ildə Əməliyyatlar üzrə aparıcı mütəxəssis olaraq davam etdirmiş,  2019-cu ildə Əməliyyatlar şöbəsinin müdiri, 2020-2021-ci illərdə Analitika şöbəsinin müdiri,  Əmək haqqı və təhlil şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərmişdir. 2021-2022-ci illərdə “Bank Of Baku” ASC-nin İnsan Resursları Analitika şöbəsinin Baş eksperti vəzifəsini icra etmişdir. 2022-ci ildə“Veysəloğlu MMC”- də İnsan Resursları Əməliyyatları və Əmək haqqı şöbəsinin müdiri vəzifəsində, 2023-cü ilin avqust ayından 2024-cü ilin fevral ayına kimi “Araz Supermarket” MMC-də İR İşə Qəbul və İş gücü planlama şöbə müdiri vəzifəsində çalışmışdır.
 

2024-cü ilin fevral ayında İnsan Resursları Departament müdiri təyin olunmuşdur.

Müraciət et

Popular courses