Gülnarə Cəfərli

Təhsili:

  • Bakı Dövlət Universiteti – Beynəlxalq münasibətlər və iqtisadiyyat / Bakalavr fərqlənmə ilə / 2012-2016
  • Society for Human Resources Management – Certified Professional (SHRM – CP) / 2020

 

İş təcrübəsi:

  • Peşəkar əmək fəaliyyətinə 2016-cı ildə Veysəloğlu Şirkətkər Qrupuna daxil olan “Araz Supermarket” MMC-də İşə qəbul üzrə mütəxəssis olaraq başlamışdır. Burada işlədiyi müddət ərzində  daxili və xarici işə qəbul müsahibələrinin həyata keçirilməsi, işçi münasibətlərinin tənzimlənməsi funksiyalarını yerinə yetirmiş və yeni açılmış 35 filialın tam personalının işə qəbulunu yekunlaşdırmışdır.
  • 2018-ci ildən 2021-ci ilədək SOCAR-ın “Azneft” İstehsalat Birliyinin İnsan resursları departamentində Kadr hazırlığı üzrə mütəxəssis/aparıcı mütəxəssis olaraq fəaliyyət göstərmişdir. Burada səriştəliklərin idarə olunması, davamçıların hazırlanması, xidməti fəaliyyətin qiymətləndirilməsi, Əsas Səmərəlilik Göstəricilərinin (KPİ) tətbiqi, təlim və inkişaf proseslərinin idarə olunması, karyera planlama, daxili təlimlərin keçirilməsi funksiyalarını icra etmişdir.
  • 2021-2022-ci illlərdə “Azerconnect” MMC-də İnsan resursları biznes tərəfdaşı kimi çalışmış və HR siyasətlərinin biznes vahidlərdə tətbiqi, təşkilati inkişaf,,  işçi təcrübəsinin inkişaf etdirilməsi, HR büdcəsinin formalaşdırılması proseslərində yer almışdır.
  • Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Təlim və inkişaf üzrə baş mütəxəssis olaraq çalışmaqdadır.
  • Bundan əlavə 2020-ci ildə beynəlxalq platformalardan biri olan və 165 ölkədən 300.000-ə qədər nümayəndəni əhatə edən insan resursları üzvlərinin peşəkar assosiasiyası - İnsan Resurslarının İdarəedilməsi Cəmiyyətinin (SHRM) sertifikatlaşdırılmış mütəxəssis (SHRM-CP) dərəcəsini almışdır.

 

İştirak etdiyi təlimlər:

  • “Performansın idarə olunması”
  • “Müsahibə bacarıqları və işə qəbul”
  • “Təlim  və inkişaf”
  • “Təlimçilər üçün təlim”
  • “Gənc mütəxəssislərin inkişafı proqramı”
  • “Mentorluq və koçinq bacarıqları”
  • “İnsan resurslarının idarə olunması”
  • “Əmək məcəlləsi və kadr kargüzarlığı”

Müraciət et

Popular courses