Kəmalə Rzayeva

Təhsili:

İqtisad Universiteti-Mühasibat uçotu və audit/bakalavr (1999-2003)

Bakı Mühədislik Universiteti-Mühasibat uçotu/magistr (2018-2020)

İqtisad Universiteti-Mühasibat uçotu/doktorantura (2020-hazırda)

 

İş təcrübəsi:

Peşəkar əmək fəaliyyətinə 2004-cü ildə “Karvan-L” elmi istehsalat şirkətində menecer-iqtisadçı kimi başlamışdır. Xammal və materialların uçotu, istehsal xərcləri ilə əlaqəli hesabatları hazırlamış, 6 ay sonra həmin müəssisədə baş mühasib vəzifəsinə keçirilmişdir. İstehsalat üzrə hesabatlar, kalkulyasiya sənədləri, vergi və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi funksiyalarını icra etmişdir.

2015-2017-ci illərdə “Azərtunel” MMC tikinti və istehsalat şirkətinə əməkhaqqı üzrə mühasib kimi fəaliyyətə başlamış, 5 ay sonra baş mühasib vəzifəsinə keçirilmişdir. Tikinti üzrə müqavilələr, forma 2, forma 3, texniki və material hesabatları, smeta sənədləri, tikinti layihələri üzrə uçot işlərinə nəzarət etmiş, vergi və digər dövlət orqanlarına hesabatların tərtibi və təqdim edilməsi vəzifələrini icra etmişdir.

2018-2020-ci illərdə “As-İnşaat N” MMC tikinti və istehsalat şirkətində baş mühasib vəzifəsində çalışmış, xüsusən tikinti layihələri, onların ödəmə ilə əlaqəli zəmanət sənədlərini, banklarla kredit portfelinə uyğun monitorinq sənədləşmələrini, tikinti layihələri üzrə forma 2-3, smeta sənədlərinə nəzarət kimi vəzifələri icra etmişdir.

2020-2023-cü illərdə “Accounting Az” MMC-də mühasibat üzrə mütəxəssis vəzifəsində işə başlamış, mühasibat departamenti rəhbəri vəzifəsinə keçirilmişdir. Fərqli fəaliyyət növləri ilə məşğul olan yerli və xarici şirkətlər, səfirliklər və nümayəndəliklərin vergi uçot məsələlərinin aparılması, vergi orqanı ilə yazışmalar, kameral məktubların cavablandırılması kimi vəzifələri icra etmişdir.

2023-cü ilin may ayında Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür, sərbəst auditor olaraq fəlaiyyət göstərir.

Müraciət et

Popular courses