Seymur İbadov

Təhsili:

Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika ixtisasını bitirərək iqti­sad­çı, riyaziyyatçı və proqramçı ixti­sas­la­rına yiyələnib. Həmin universitet­də ma­gistr dərəcəsini alaraq, sonradan 2001-ci ildə universitetin aspirantura­sına daxil olub. Elmi işini müdafiə edə­rək iqt­i­sad üzrə fəlsəfə doktoru el­mi dərəcəsini alıb.


İş Təcrübəsi:

S.İbadov iş fəaliyyətinə Ali Hərbi məktəbdə müəllim olaraq başlayıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunda 13 ilə yaxın müddət ərzində İnves­ti­si­ya departamen­tin­də müxtəlif vəzifələrdə çalışıb. O, trey­der, baş treyder olaraq çalış­­dığı dönəmlərdə beynəlxalq ba­zar­larda treydinqə dair böyük təcrübə toplayıb. Portfel me­ceri vəzifəsində olduğu bir neçə il ərzində Fondun ən bö­yük pa­ya sahib olan istiqraz və pul bazarı alətləri portfelini idarə edib. Sonradan karyerasını “PAŞA Həyat Sığorta” ASC-də investisiya şöbəsinin müdiri vəzifəsində da­vam et­di­rib. Bu illər ərzində o, bu sahədə yeni maliyyə alətlə­ri­nin yaradıl­ma­sı və şirkətin investisiya portfelinin idarə edilmə­sini hə­yata keçirib.Unicapital İnvestisi­ya Şirkətində "Aktivlərin idarə edilməsi" şöbəsinin müdiri olaraq çalışmışdır. Onun ümumilikdə maliyyə ba­zarları, maliyyə alətləri, investisiya və portfel ida­rəçiliyində 20 ildən ar­tıq təcrübəsi var. Hal-hazırda karyerasını Azərbaycan Respublikası Mərkəzi Bankı, "İnvestisiyaların Təhlili və Xarici Menecerlərlə İş" şöbəsinin rəisi olaraq davam etdirir.

S.İbadov bir çox ali təhsil ocaqlarında maliyyə sahəsi üzrə kadrların hazırlanmasında tövhə verərək, uzun illərdir ki, maliy­yə bazarları, maliyyə alətləri, investisiya və portfel idarəçiliyi üz­rə sahələrin öyrənilməsində tələbə və magistr­lərə öz bilik və təcrübəsini əsirgəmir.

Müraciət et

Популярные курсы