Seymur İbadov

 

© İbadov Seymur Vaqif oğlu  1978-ci ildə Bakı şəhə­rin­­də doğulub. O, Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika ixtisasını bitirərək iqti­sad­çı, riyaziyyatçı və proqramçı ixti­sas­la­rına yiyələnib. Həmin universitet­də ma­gistr dərəcəsini alaraq, sonradan 2001-ci ildə universitetin aspirantura­sına daxil olub. Elmi işini müdafiə edə­rək iqt­i­sad üzrə fəlsəfə doktoru el­mi dərəcəsini alıb.

S.İbadov iş fəaliyyətinə Ali Hərbi məktəbdə müəllim olaraq başlayıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunda 13 ilə yaxın müddət ərzində İnves­ti­si­ya departamen­tin­də müxtəlif vəzifələrdə çalışıb. O, trey­der, baş treyder olaraq ça­lış­­dığı dönəmlərdə beynəlxalq ba­zar­larda treydinqə dair böyük təcrübə toplayıb. Portfel me­neceri vəzifəsində olduğu bir neçə il ərzində Fondun ən bö­yük pa­ya sahib olan istiqraz və pul bazarı alətləri portfelini idarə edib. Sonradan karyerasını “PAŞA Həyat Sığorta” ASC-də investisiya şöbəsinin müdiri vəzifəsində da­vam et­di­rib. Bu illər ərzində o, bu sahədə yeni maliyyə alətlə­ri­nin yaradıl­ma­sı və şirkətin investisiya portfelinin idarə edilmə­sini hə­yata keçirib. Hal-hazırda karyerasını maliyyə bazarı­nın apa­rıcı investisiya şirkətlərindən biri olan Unicapital İnvestisi­ya Şirkətində davam etdirir. Onun ümumilikdə maliyyə ba­zarları, maliyyə alətləri, investisiya və portfel ida­rəçiliyində 20 ildən ar­tıq təcrübəsi var. 

S.İbadov bir çox ali təhsil ocaqlarında maliyyə sahəsi üzrə kadrların hazırlanmasında tövhə verərək, uzun illərdir ki, maliy­yə bazarları, maliyyə alətləri, investisiya və portfel idarəçiliyi üz­rə sahələrin öyrənilməsində tələbə və magistr­lərə öz bilik və təcrübəsini əsirgəmir.

Müraciət et

Populyar kurslar