

İT biznes analitika statistik metodlardan, texnoloji vasitələrdən istifadə edərək məlumatların təhlilini və nəticələrin texnoloji həllərə ötürülmə prosesini əhatə edir. İnformasiya Texnologiyaları sahəsində Biznes Analitik (BA) biznes ehtiyacları və texnoloji həlləri arasında körpünün yaradılmasında mühüm rol oynayan professionaldır.
Bu təlimdə iştirak etməklə öyrənəcəksiniz:
Modul 1: Giriş və Tələblər, maraqlı tərəflər
İT biznes analitikin rolu, əsas vəzifələri və bacarıqları haqqında məlumat.
SDLC mərhələlərində analitikin rolu.
Tələblərin Toplanması
Tələblərin növləri haqqında məlumat.
Tələblərin toplanması metodları (intervyu, workshop, anket).
Tələblərin prioritetləşdirilməsi modellər.
Functional Requirements
Non-Functional Requirements
Tələblərin yazılması – SMART və INVEST prinsipləri əsasında keyfiyyətli tələblərin yazılması.
Maraqlı Tərəflər
Maraqlı tərəflərin identifikasiyası və təsnifatı.
Maraqlı tərəflərlə effektiv ünsiyyət strategiyaları.
Tələblərin Dəyişikliklərin İdarə Edilməsi
Tələblərin dəyişiklik idarəetmə prosesi, dəyişiklik sorğularının qiymətləndirilməsi və təsdiqlənməsi.
BA Workshop
Modul 2: API
Client – Server əlaqəsi
API növləri
REST API-nin əsasları
Autentifikasiya və avtorizasiya
Postmandan istifadə
API dokumentasiya
BA Workshop
Modul 3: Dizayn və Prototipləmə
Wireframe-in əsas anlayışları və sadə prototiplərin hazırlanması.
Dizaynerlər üçün düzgün və effektiv tələblərin yazılması.
Developerlərə dizayn üzərindən tələblərin yazılması.
UX/UI Prinsipləri – İstifadəçi təcrübəsinin (User Experience) və interfeysin keyfiyyətli olması üçün əsas qaydalar.
Modul 4: Database
Database haqqında Ümumi Məlumat
Məlumat bazalarının əsas anlayışları.
Verilənlərin saxlanılması və idarə olunması prinsipləri.
CRUD əməliyyatlarının əsasları və məlumat bazası ilə əlaqəsi.
Məlumat bazasının 1-ci, 2-ci və 3-cü normal formaya uyğunluğu.
ER Diagram (Entity-Relationship Diagram) – Verilənlərin modelləşdirilməsi.
Indexing və Query Optimization – Məlumat bazalarının effektiv işləməsi üçün əsaslar.
Modul 4: SQL
Məlumatların alınması, əlavə edilməsi, dəyişdirilməsi və silinməsi (SELECT, İNSERT, UPDATE, DELETE)
Cədvəllərin birləşdirilməsi (İNNER JOİN, LEFT JOİN, RİGHT JOİN)
Şərtlərin verilməsi (WHERE, IN, BETWEEN, ORDER, GROUP)
SQL tapşırıqlar və praktiki iş
Modul 5: UML və Use Case
UML Diaqramları
UML diaqramlarının növləri və tətbiq sahələri.
Sequence diaqramlarının hazırlanması.
Activity diaqramlarının hazırlanması.
Use Case
Use Case-in əsas elementləri (actor, scenario, flow).
Use Case diaqramının hazırlanması.
Modul 6: User Story
User Story
User Story-nin strukturu və acceptance criteria.
User Story-lərin hazırlanması və tətbiqi.
Test Case-lərin əsas prinsipləri və hazırlanma üsulları.
Modul 7: Agile
Agile Prinsipləri
Agile metodologiyalarının əsas prinsipləri.
Jira-da layihə idarəetməsi və task-ların prioritetləşdirilməsi.
Confluence-də sənədlərin idarə edilməsi.
Scrum vs Kanban – Agile metodlarının fərqləri və tətbiq sahələri.
Story Points və Estimations – Agile komandalarında vəzifələrin dəyərləndirilməsi.
Modul 8: Final Layihə və Təqdimat
Final Praktiki Layihə
Komanda ilə real layihə üzərində iş: tələblərin toplanması, modelləşdirilməsi, wireframe-lərin və prototiplərin hazırlanması, dizaynerlərə tapşırıq verilməsi və layihənin təqdimatı.
Real Case Study – Əsl biznes problemləri üzərində praktiki təcrübə.
Stakeholder Presentation – Komandaya və maraqlı tərəflərə effektiv təqdimatın hazırlanması.
Təlimin ödənişi 600 AZN olaraq təyin edilmişdir.
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Sertifikat: İştirakçılar 2 növ sertifikatla təltif olunurlar:
Təlimin ümumi müddətinin ən az 80%-də iştirak edən və sonda keçiriləcək imtahandan 70%-dən yüksək nəticə göstərənlər müvəffəqiyyət, digərləri isə işitrakçı sertifikatı əldə edirlər.
"IT Biznes Analitik" təlimi korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.
Təlimin ümumi müddəti 35 saat olmaqla 2 ay davam edir. Dərslər həftədə 2 dəfə keçirilir. Təlim 3-cü və 6-ci günlər olur.