

Təlim təcrübə əsasında hazırlanmış və müvafiq beynəlxalq standartlar, eləcə də yerli qanunvericilik tələblərinə istinad olaraq müvafiq qaydada təqdim olunacaq. Təlimin məqsədi bütün işçilərə öz iş yerlərində təhlükəsiz işləməyə, o cümlədən digər işçilərə risk yaratmadan bilik və məlumat səviyyəsini artırmaqda yardımçı olacaqdır. Bu təlim ofis, tikinti, sənaye sahələri də daxil olmaqla, neft-qaz və s. bu kimi sahələr üçün nəzərdə tutulmuşdur. Təlim istədiyiniz dildə təşkil oluna bilər. Kursun məzmunu işçilərin çalışacağı sektora uyğun şəkildə tərtib edilə bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. İştirakçılar, imtahanın sonunda sual-cavab formasında olmaq şərti ilə, qiymətləndirmədən keçirilir və imtahanı müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat təqdim olunur.
Aşağıdakılar kursun məzmununu əhatə edir
Giriş: Müəssisələrdə yanğından mühafizənin təmin edilməsi və bu sistemlərdən səmərəli şəkildə faydalanmaq. Yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə səlahiyyətlərin müəyyən edilməsi. İşçi heyətin təhlükəsiz şəkildə təxliyyə edilməsi. Bina və onun hissələrinin odadavamlılıq dərəcəsinin düzgün şəkildə müəyyənləşdirilməsi.
Təlim kimlər üçündür
Ofis, istehsalat, neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə çalışan bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Təlimin ödənişi - 120 AZN,
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
* Ödənişə daxildir: