Təlim təcrübə əsasında hazırlanmış və müvafiq beynəlxalq standartlar, eləcə də yerli qanunvericilik tələblərinə istinad olaraq müvafiq qaydada təqdim olunacaq. Təlimin məqsədi bütün işçilərə öz iş yerlərində təhlükəsiz işləməyə, o cümlədən digər işçilərə risk yaratmadan bilik və məlumat səviyyəsini artırmaqda yardımçı olacaqdır. Bu təlim ofis, tikinti, sənaye sahələri də daxil olmaqla, neft-qaz və s. bu kimi sahələr üçün nəzərdə tutulmuşdur. Təlim istədiyiniz dildə təşkil oluna bilər. Kursun məzmunu işçilərin çalışacağı sektora uyğun şəkildə tərtib edilə bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. İştirakçılar, imtahanın sonunda sual-cavab formasında olmaq şərti ilə, qiymətləndirmədən keçirilir və imtahanı müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat təqdim olunur.
Aşağıdakılar kursun məzmununu əhatə edir
Giriş: Müəssisələrdə yanğından mühafizənin təmin edilməsi və bu sistemlərdən səmərəli şəkildə faydalanmaq. Yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə səlahiyyətlərin müəyyən edilməsi. İşçi heyətin təhlükəsiz şəkildə təxliyyə edilməsi. Bina və onun hissələrinin odadavamlılıq dərəcəsinin düzgün şəkildə müəyyənləşdirilməsi.
Təlim kimlər üçündür
Ofis, istehsalat, neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə çalışan bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.
- Yanğın törədən səbəblər və onların aradan qaldırılması;
- Yanğın üçbucağı;
- Öz-özünə alovlanma və öz-özünə yanma prosesləri;
- Alovun növləri və yayılma sürəti;
- Yanar maddələrin tərkibi və xassələri;
- Yanğınsöndürmə vəsaitlərinin təsnifatı;
- Yanğınsöndürücü maddələrin seçilmə prinsipi;
- Odsöndürən vəsaitlər və onların xassələri;
- Yanğını söndürmək üçün cihazlar, avadanlıqlar və quruluşlar;
- Yanğın söndürmə quruluşları;
- Su ilə söndürmə üçün avtomatik qurğular;
- Yanğın siqnalizasiyası və rabitə;
- İstehsalatın yanğın və partlayış təhlükəsi baxımından təsnifatı;
- Ofis və yaşayış binalarında yanğın təhlükəsizlik tədbirləri;
Təlimin ödənişi - 120 AZN,
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
- 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 30 AZN Endirim tətbiq ediləcəkdir.
- 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 20 AZN Endirim, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 30 AZN Endirim endirim tətbiq ediləcəkdir.
- 3. Tələbələr üçün endirim 20 AZN Endirim nəzərdə tutulub! ( Tələbə biletini təqdim etmək vacibdir)
* Ödənişə daxildir:
- -Təlim materialları
- -İştirak barədə sertifikat
- * Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır.