Dəyanət Əhmədov

Dəyanət Ağayev müxtəlif yerli və əcnəbi şirkətlər üçün konsultasiyalar həyata keçirmiş, bizneslərin inkişafına yaxından dəstək olmuşdur. Biznes idarəçiliyi mövzuları üzrə təlimçi və mentor kimi fəaliyyət göstərir Dəyanət bəy hal-hazırda HuCap Consulting şirkətinin təsisçisi və direktoru, Paprec Enerji şirkətinin İnsan Resursları Departamentinin rəhbəridir. 


O 2018 – 2020-ci illər arasında Moderngroup Holdinqin İnsan Resursları Departamentinin Direktoru və Bizim Market və Novas Home mağazalar şəbəkəsinin İnsan Resursları Departamentinin Direktoru vəzifəsini icra etmişdir.

Dəyanət Ağayev 2017-2018-ci illərdə Gilan Holding-də İnsan Resurları üzrə Auditor, 2013-2017-ci illərdə CNİM Azerbaijan-da İnsan Resursları üzrə baş mütəxəssis və menecer, 2009-2013 –cü illərdə DİA Holding-də İnsan Resurları üzrə mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışmışdır.

2001-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment fakültəsini bitirmiş və Amerika Birləşmiş Ştatlarında, Silverton məktəbində FLEX proqramının qalibi olaraq 1 illik təhsil almışdır.


İnsan Resursları İdarəetməsi sahəsində CİPD tərəfindən verilən beynəlxalq qvalifikasiyaya sahibdir.

Müraciət et

Populyar kurslar