0-dan başlayanlar üçün Dövlət Satınalmaları Haqqında Təlim
online offline

Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni "0-dan başlayanlar üçün Dövlət Satınalmaları haqqında təlim" proqramının 2-ci sessiyasını elan edir.

Təlimin Məqsədi:

Dövlət Satınalmaları üzrə müxtəlif sahələrdə yeni fəaliyyətə başlayan əməkdaşlar üçün Dövlət Satınalmalarının əsas funksiya və fəaliyyətlərinin öyrədilməsi.
 

Təlimdə kimlər iştirak edə bilər?

Müxtəlif sahələrdən Dövlət Satınalmaları sahəsinə keçən əməkdaşlar, yeni başlayanlar, bu sahəyə keçmək istəyənlər və təcrübəsi olmayanlar, eyni zamanda isə tələbələr üçün nəzərdə tutulmuşdur.

Təlimdə tədris ediləcək mövzular:

- Dövlət satınalmalarında ilkin anlayışlar hansılardır
- Yeni başlayanlar nəyə diqqət etməlidirlər
- Dövlət satınalmalarında ardıcıllıqlar
- Təchizatçılardan tələb olunan sənədlər
- Dövlət satınalmalarının metodları
- Sahibkarlıq subyektləri necə müəyyən olunur
- Tender də tələb olunan zəmanətlər
- Dövlət satınalmalarının vahid internet portalının öyrədilməsi

Hamil İsmayılov "Skilly Team" MMC direktoru

✍ Təlimin ödənişi 250 AZN təşkil edir.

Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:

  1. 1. “Business Management School” təlimlərindən məzun olanlar üçün 10 % endirim tətbiq ediləcəkdir.
  2. 2. Korporativ müştərilər üçün; Eyni şirkətdən 2 əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 5 %, 3 və daha artıq əməkdaşın iştirakı nəzərdə tutularsa hər birinə 10 % endirim tətbiq ediləcəkdir.

Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!

Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi  ödənilə bilər. 

Ödənişə daxildir:

- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk


✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə  “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.

0-dan başlayanlar üçün Dövlət Satınalmaları-2
Təlimçi Dərs tarixləri Saatları
Hamil İsmayılov 25 noyabr (1-ci gün) 19:15-21:15
27 noyabr (3-cü gün) 19:15-21:15
2 dekabr (1-ci gün) 19:15-21:15
4 dekabr (3-cü gün) 19:15-21:15
9 dekabr (1-ci gün) 19:15-21:15
11 dekabr (3-cü gün) 19:15-21:15

Müraciət et

Populyar kurslar