Alruz Sultan

Təhsil:

Alruz Sultan 1986-cı ildə Bakı şəhərində doğulmuşdur. Bakı Özəl Türk Liseyini oxumuş, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin İdarə Edilməsi” türk fakultəsində almışdır. Eyni ildə Türkiyə Cümhuriyyəti tərəfindən bakalavr səviyyəsi üzrə təsdiq diplomunu əldə etmişdir.

Əmək fəaliyyəti:

2008-ci ildə əmək fəaliyyətinə təlimçi kimi başlamış, “Nurgun Group”, “Dəmir Bank”, “Avrora Group”, “Neptun Supermarketləri”, “AgroWest DC” kimi şirkətlərdə İnsan Resursları Direktoru, İşə qəbul və Təlim rəhbəri, “AzerGold” QSC-də Təşkilati İnkişaf sektorunun müdiri vəzifələrində çalışmışdır. Hal-hazırda "Baku Steel Company" -də Təlim və inkişaf sisteminin qurulması üzrə konsultantdır.

Müraciət et

Populyar kurslar