Nigar İbadova

   Nigar İbadova - 10 ildən artıq maliyyə idarəetməsi və mühasibatlıq sahəsində geniş təcrübəyə malikdir. O, tikinti, xidmət, ticarət və istehsalat kimi müxtəlif sənaye sahələrində qazandığı bilik və bacarıqlarını peşəkar auditoriya ilə bölüşür. Nigar xanım beynəlxalq və yerli şirkətlərdə rəhbər vəzifələrdə çalışaraq maliyyə funksiyalarının idarə olunması, büdcələşdirmə, hesabatlılıq və daxili nəzarət sistemlərinin qurulmasında mühüm rol oynayıb.

 

   Nigar İbadova - Association of Chartered Certified Accountants (ACCA) üzrə 8 imtahandan uğurla keçmiş və PMS sertifikatına malikdir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ABŞ-ın Georgia State Universitetinin birgə MBA proqramını tamamlamışdır. Onun akademik bilikləri və praktiki təcrübəsi maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislər üçün dəyərli təlim mənbəyidir.

 

Əsas ixtisaslaşma sahələri:

  • Maliyyə və mühasibatlıq funksiyalarının yenidən qurulması və təkmilləşdirilməsi
  • Maliyyənin idarə edilməsi və beynəlxalq maliyyə hesabatlılığı (BMHS)
  • Büdcələşdirmə və proqnozlaşdırma
  • Daxili nəzarət və risklərin idarə edilməsi
  • Korporativ maliyyə strategiyaları və investisiya qərarları
  • Likvidlik və pul axınının idarə edilməsi
  • Audit və vergi sistemlərinin optimallaşdırılması

     

İş təcrübəsindən əsas məqamlar:
 

           2024 – Davam edir

  • AZINKO DEVELOPMENT MMC-də Maliyyə Meneceri. BMHS-ə uyğun maliyyə hesabatlarının hazırlanması, büdcələşdirmə, daxili nəzarət, komanda idarəçiliyi, vergi və gömrük əməliyyatlarının icrası sahələrində çalışır.

     2022 – 2023
  • BAKU INTERNATIONAL TOBACCO MMC-də Maliyyə Direktoru. Büdcə və idarəetmə hesabatlarının hazırlanması, maliyyə komandasına rəhbərlik və likvidliyin idarə edilməsinə cavabdeh olub.

     2019 – 2021
  • NESTLE AZERBAIJAN MMC-də Mühasibatlıq və Hesabatlıq üzrə Mütəxəssis. BMHS hesabatları, maliyyə analitikası və xərc idarəetməsi sahələrində çalışıb.

     2016 – 2019
  • Malayziya Səfirliyində Maliyyə İdarəetməsi. Səfirliyin maliyyə əməliyyatlarının idarə edilməsi və uçotunun aparılmasında çalışıb.

     2014 – 2015
  • SAMSUNG ELECTRONICS Filialında Mühasib. Hesablaşmalar, vergi ödəmələri və maliyyə hesabatlarının hazırlanmasına məsul olub.

Nigar xanımın geniş təcrübəsi, idarəetmə bacarıqları və akademik bilikləri onu maliyyə və mühasibatlıq sahəsində təcrübəsini bölüşmək və mütəxəssislərə dəstək olmaq üçün ideal namizəd edir.

Müraciət et

Populyar kurslar