Təranə xanım Azərbaycan Dillər Universitetində bakalavr, daha sonra isə magistr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2019-cu illərdə Chartered Institute of Personnel and Development Human Resources Management üzrə təhsil almış və hal-hazırda həmin müəssisənin Assosiativ üzvüdür. 2007-ci ildən etibarən “TID Konsaltinq” QSC-də HR menecer vəzifəsində çalışmış, 2009-cu ildən isə həmin müəssisədə İnsan Resurslarının Əmək Haqqı bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. Daha sonra əmək fəaliyyətini “Baker Tilly Audit Azərbaycan” QSC-də HR menecer olaraq davam etdirmiş, 2022-ci ildən isə həmin müəssisədə HR Direktor vəzifəsinə təyin olunmuşdur.
Təranə Qurbanova “Baker Tilly Academy” təlim mərkəzində Əmək Məcəlləsi və Kadr Kargüzarlığı, Azərbaycan-Fransa Ticarət Palatasının təşkil etdiyi HR Academy-də isə Əmək Qanunvericiliyi üzrə təlimlər vermişdir. 2022-ci il tarixindən Azərbaycan-Fransa Ticarət Palatasının İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsinin sədr müavinidir. Bir sıra yerli və beynəlxalq müəssisələrdə HR auditin aparılmasında fəal iştirak etmişdir.