

Təlim Nəyi öyrədir:
Bu təlim malların, işlərin və xidmətlərin satınalınması zamanı bağlanmış müqavilələrin öyrənilməsi, texniki və maliyyə risklərin idarəedilməsi funksiyalarının planlaşdırılması və həyata keçirilməsi, müqavilələrin uğurla tamamlanması üzrə təcrübənin bölüşdürülməsinə xidmət edir. Təlim mallar, əqli və qeyri məsləhət ximətləri və işlər üzrə imzalanmış müxtəlif növ müqavilələrdə "məqsəd", "keyfiyyət", "vaxt", "effektivlik", “səmərəlilik”, “ədalət” və s. mühim prinsiplər birgə nəzərə alınmaqla düzgün müqavilə planlaması həyata keçirmə haqda bilikləri aşılayır. Pul və dəyər, planlama və nailiyyət, davamlı nəticələr əldə etmək üçün ən yaxşı yerli və beynəlxalq təcrübəyə uyğun müqavilə idarəçiliyində istifadə olunan təcrübə və biliklər müzakirə edlir.
Təlim İştirakçıları:
Dövlət və ya özəl, beynəlxalq və ya yerli layihə/planlama sektorlarında çalışan satınalma, müqavilə idarəçiliyi ilə birbaşa və bilavasitə məşğul olan məsul şəxslər -texniki mütəxəssislər,
Dövlət satınalmaları üzrə peşəkar mütəxəssis Rüstəm Kərimov və beynəlxalq müqavilələrin idarə edilməsi üzrə peşəkar mütəxəssis Günel Səfərəliyeva bu sahə ilə bağlı aktual sualları cavablandırmışdır: https://youtu.be/tpW5L1Bd-pM
Təlimin proqramı:
Giriş – Müqavilələrin növü, Satınlmalar zamanı müqavilələrin hazırlanması, satınalmadan müqavilə idarəçiliyinə keçid
Müqavilə Tərəfləri, risklərin idarə edilməsi
Malların satın alınmasında müqavilələrin idarə edilməsi
İşlərin/qeyri-əqli xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi
Məsləhət xidmətlərin satın alınmasında müqavilələrin idarə edilməsi
İnformasiya texnologiyaları sahəsində (işlər, mallar, xidmətlər) müqavilələrin idarə edilməsi
Təcrübə bölgüsü, real nümunələr üzərində auditoriya ilə iş
Offline təlimin qiyməti: 370 AZN
Təlim iştirakçıları üçün üç kateqoriyalı endirim nəzərdə tutulmuşdur:
Qeyd: İştirakçıya endirim kateqoriyalarından yalnız biri tətbiq edilə bilər!
Ödənişin 50%-i qeydiyyat zamanı , qalanı isə son təlim gününə kimi ödənilə bilər.
✔ Ödənişə daxildir:
- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
* Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
Təlim 1 ay müddətində 16 saat ərzində tədris olunur.
Dövlət Satınalmalarında Müqavilə İdarəçiliyi 9 | ||
Təlimçi | Dərs tarixləri | Saatları |
Günel Səfərəliyeva | 3 fevral (1-ci gün) | 19:15-21:15 |
5 fevral (3-cü gün) | 19:15-21:15 | |
10 fevral (1-ci gün) | 19:15-21:15 | |
12 fevral (3-cü gün) | 19:15-21:15 | |
17 fevral (1-ci gün) | 19:15-21:15 | |
19 fevral (3-cü gün) | 19:15-21:15 | |
24 fevral (1-ci gün) | 19:15-21:15 | |
26 fevral (3-cü gün) | 19:15-21:15 |