Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni "Dövlət satınalmaları haqqında təlim" proqramının 39-cu sessiyasını elan edir.
Bu təlimdə kimlər iştirak edə bilər?
- Dövlət satınalmalarını həyata keçirən qurumların nümayəndələri
- Dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri
- Satınalmalar sahəsində çalışan mütəxəssislər
Bu təlimdən nələr əldə ediləcək?
- Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı.
- Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi.
- Elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə dolğun məlumatlar.
- Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
- Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması
- Müqavilələrin idarə olunması.
- Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.
Təlimdə tədris ediləcək mövzular:
- Dövlət satınalmaları anlayışı və normativ hüquqi baza
- Dövlət satınalmalarının planlaşdırılması
- Dövlət satınalmaların təşkili
- Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
- Elektron satınalma
- Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı
- İxtisas uyğunluğuna dair tələblərin müəyyənləşdirilməsi
- Malların satınalınması
- İşlərin satınalınması
- Xidmətlərin satınalınması
- Tələb edilən zəmanətlər
- Tender təkliflərinin qiymətləndirilməsi
- Şikayətlərin verilməsi və mübahisələr
- İmtahan
✍ Təlim ödənişlidir
Təlim ödənişi : 400 AZN
- Korporativ Endirimlər:
✔ Eyni şirkətdən 2 iştirakçı – Hər iştirakçıya 5% Endirim!
✔ 3 ve daha artıq iştirakçı – Hər iştirakçıya 10% Endirim!
✔ Business Management Schoolun məzunlarına offline üçün 10% Endirim!
✔ Tələbələrə (tələbə biləti əsasında) - 10% endirim!
Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.
Ödənişə daxildir:
- Elektron təlim matrialları
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
Təlimimiz may ayının ikinci həftəsindən etibarən başladılacaqdır.
2 və 4 cü günlər tədris edilir.
2-ci gün - 19:15-21:15
4-cü gün - 19:15-21:15